İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulunu köçürdü, mənzilini də satdı - Məşhur müğənnini aldadanlara 114,5 milyonluq hökm

Moskvada məhkəmə Rusiyanın Xalq artisti Larisa Dolinanın dələduzluq işi üzrə qaldırdığı iddia ilə bağlı qərar çıxarıb.

Musavat.com xəbər verir ki, məhkəmə dələduzluq sxeminin iki iştirakçısından – Tolyatti sakini Andrey Osnovı və 54 yaşlı moskvalı kitabxanaçı Anjela Tsırulnikovadan ümumilikdə təxminən 114,5 milyon rubl tutulmasına qərar verib.

Dolina əvvəlcə dörd nəfərə qarşı iddia qaldırmışdı. Lakin Dmitri Leontyev və Artur Kamenetski ilə bağlı iddia ayrıca icraata ayrılıb. Leontyev Ukraynadakı müharibəyə yollanıb, Kamenetskinin isə cəzasını harada çəkdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Daha əvvəl iş üzrə təqsirləndirilən şəxslər 4 ildən 7 ilədək həbs cəzasına məhkum ediliblər.

İstintaqın müəyyən etdiyinə görə, dələduzlar Larisa Dolinanı pullarını “təhlükəsiz hesaba” köçürməyə, daha sonra isə Moskvanın Xamovniki rayonundakı mənzilini satmağa inandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR