Onlayn ictimai-siyasi qəzet
Deputat Sahib Alıyev İranın Zəngəzur dəhlizi - TRİPP marşrutu ilə bağlı növbəti qıcıqlı reaksiyasına və İrəvana ünvanlı çağırışına münadibət bildirib.
Musavat.com-a açıqlamasında deputat deyib ki, əslində bu, Ermənistana təzyiq deyil: “İranın məqsədi Zəngəzur dəhlizininin açılmasını mümkün qədər ləngitməkdir. Açılsa belə, oradan Azərbaycanın bir hissəsindən digərinə aparılacaq yüklərinin maneəsiz keçidinə yol verməməkdir”.
S.Alıyevin sözlərinə görə, Ermənistan əslində çox böyük məmnuniyyətlə İran deyəni edərdi: “Amma Azərbaycanın qarşısında bununla bağlı üzərinə götürdüyü öhdəlik var. Tehrandakılar doğrudan da deyilən tələbdə bulunublarsa, bununla Ermənistanı məhz həmin öhdəliyə əməl etməməyə çağırırlar ki, o da mümkünsüzdür”.
Qeyd edək ki, İran dəhlizdə Rusiya hərbçilərini görmək istəyini ifadə edib. Maraqlıdır, bunu Kremllə razılaşdırılmış mövqe saymaq olarmı?
S.Alıyev deyib: “Elə fikirləşmirəm. İran bu təklifi məhz Rusiya Prezidenti Ermənistandakı hərbi bazalarını istənilən vaxt çıxarmağa hazır olduqlarını bildirəndən sonra irəli sürüb”.
Deputat qeyd edib ki, İran Zəngəzurda dəhliz görmək istəmir: “Dəhliz açıldığı halda isə Tehranın marağındadır ki, o, tam Ermənistanın nəzarətində olsun, nəinki başqa bir dövlətin”.
Belə görünür ki, prezident Məsud Pezeşkiana qarşı olan qüvvələr Zəngəzur dəhlizinə qarşı səfərbər olunublar.. Milli Məclisin üzvü də bu fikirlərlə razılaşdığını bildirib.
E.Paşasoy,
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ