Onlayn ictimai-siyasi qəzet
"Apple" şirkəti "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" smartfonlarını rəsmən təqdim edib.
Musavat.com xəbər verir ki, təqdimat mərasimi korporasiyanın rəsmi veb-saytında canlı yayımlanıb.
Yeni modellər alüminium korpusa və əvvəlki nəslə bənzər dizayna malikdir. Əsas dəyişikliklər arasında kiçildilmiş "Face ID" modulu və korpusun yeni tərtibat variantları yer alır. Smartfonlar dörd rəngdə - gümüşü, qara, mavi və tünd qırmızı rənglərdə satışa çıxarılacaq.
Təqdimat çərçivəsində "Apple" yeni "iOS 27" əməliyyat sistemini də nümayiş etdirib. Yeni sistemdə iş sürətinin artırılması və yenilənmiş "Siri" səsli köməkçisi də daxil olmaqla, 200-ə yaxın yenilik və təkmilləşdirmə öz əksini tapıb.
Musavat.com
10 Sentyabr 2026
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ