İnsanlara hürriyət, millətlərə istiqlal!

49 yaşlı azərbaycanlı Moldovada belə saxlanıldı - “Rusiya casusu” əməliyyatı - VİDEO

Moldova polisinin Azərbaycan əsilli 49 yaşlı şəxsi saxladığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin yerli teleqram kanallarında məlumat yayılıb. O, Rusiya Federasiyasının xüsusi xidmət orqanları üçün məlumat toplamaqda şübhəli bilinir.

Polisin istintaq zamanı əldə etdiyi məlumatlara əsasən, həmin şəxsin Ukrayna və Moldova ərazisində diversiya fəaliyyəti həyata keçirmək üçün hazırlandığı ehtimal olunur.

Bildirilib ki, onun maraq dairəsinə Moldovadakı hərbi obyektlərin, eləcə də ölkə ərazisindəki ABŞ obyektlərinin daxil olduğu güman edilir. Toplanan məlumatları kurator rolunu yerinə yetirən və Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi ola biləcəyi ehtimal edilən şəxsə ötürməli olduğu bildirilir.

Axtarış zamanı hüquq-mühafizə orqanları şübhəlinin telefonunu götürüblər. Telefonun araşdırılması zamanı özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslə əlaqələrin mövcudluğuna işarə edən məlumatlar aşkarlanıb.

Şübhəli 30 gün müddətinə ilkin həbsə alınıb. O, icazəsiz məlumat toplamaqda şübhəli bilinir. Təqsiri sübuta yetirilərsə, onu 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR