Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanında neft hasilatı avqust ayında sutkada təxminən 1,9 milyon barel azalaraq 6,24 milyon barelə düşüb. Bu, 1990-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir. İyul ayı ilə müqayisədə hasilat 23 faiz azalıb.
Musavat.com xəbər verir ki, bu barədə OPEC-in son məlumatlarına istinadən “The Wall Street Journal” yazıb.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatına başlamasından sonra Səudiyyə Ərəbistanı neft axınlarını "Şərq-Qərb" boru kəməri vasitəsilə yönləndirməyə başlayıb.
Təxminən 1 200 kilometr uzunluğunda olan bu boru kəməri ölkənin Fars körfəzi yaxınlığında yerləşən şərqdəki yataq və emal müəssisələrindən hasil edilən xam nefti qərb sahilindəki Yanbu limanına daşıyır.
Lakin iyulun sonunda husilər Səudiyyə Ərəbistanının yaxınlıqdakı limanlarına blokada elan edib və Qırmızı dənizi Səudiyyə neftinin Asiyadakı əsas satış bazarları ilə birləşdirən Babül-Məndəb boğazında gəmiçiliyə qarşı bir sıra hücumlara başlayıblar.
Səudiyyə və Yəmən rəsmiləri bildiriblər ki, husilər hazırda Babül-Məndəb boğazı ərazisində sahil xəttinə tam nəzarəti ələ keçirməyə yaxınlaşırlar.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ