Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Qarabağdakı məhv olmuş qondarma qurumun nümayəndələri siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə məhv olmuş qondarma qurumun “dövlət naziri” Njde İskəndəryan açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Ermənistanda parlament seçkilərindən sonra yaranmış yeni siyasi reallıq Qarabağ məsələsinə yanaşmada və məhv olmuş qondarma qurumun fəaliyyətində də öz əksini tapmalıdır.
Bu məqsədlə Ermənistan parlamentində təmsil olunan və parlamentdən kənar siyasi qüvvələrlə məsləhətləşmələrə başlanılıb.
Məsləhətləşmələr zamanı siyasi qüvvələrin məhv olmuş qondarma qurumun nümayəndələri ilə gələcək əməkdaşlığa münasibəti, qondarma “dövlət institutları”nın saxlanılması və Qarabağdan Ermənistana köçmüş ermənilərlə bağlı mövqeləri öyrəniləcək.
İskəndəryan bildirib ki, məhv olmuş qondarma qurumun fəaliyyətinin dayandırılması və ya davam etdirilməsi məsələsi artıq yalnız ayrı-ayrı bəyanatlar, ehtimallar və siyasi susqunluq səviyyəsində qala bilməz.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ