Onlayn ictimai-siyasi qəzet
Aktrisa Sonaxanım Əliyevanın adından sosial şəbəkələrdə dələduzluq edilib.
Musavat.com xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxslər onun fotosundan istifadə edərək “WhatsApp” vasitəsilə yaxınlarına yazır və onlardan pul istəyirlər.
“Nömrə mənim deyil, foto isə mənimdir. WhatsApp-da yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm”, - deyə S. Əliyeva deyib.
Aktrisa məsələ ilə bağlı polisə müraciət etdiyini də qeyd edib.
O, yaxınlarını və tanışlarını həmin şəxslərin göndərdiyi mesajlara və pul tələblərinə inanmamağa çağırıb.
Könül
Musavat.com
12 Sentyabr 2026
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ