İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülay "Vur ürəyim"i təqdim etdi - VİDEO

Müğənni Gülay yeni layihəsini təqdim edib. Sənətçi “Vur ürəyim” adlı mahnısını klipi ilə birlikdə dinləyicilərin ixtiyarına verib.

Musavat.com xəbər verir ki, mahnının musiqisi Camal Qurbanova, sözləri Həsən Babayevə məxsusdur.

Bəstənin aranjemanını da Camal Qurbanov hazırlayıb.

Yeni layihə üçün Gülaya üç fərqli obraz hazırlanıb. Klipin vizual konsepsiyasının ərsəyə gəlməsi üçün böyük yaradıcı komanda cəlb olunub.

Ekran işinin rejissorları Zeyn və İlahə Məhərrəmdir. Operator işi Emil Marbiora, art-direktor işi Fərid Cabbarlıya məxsusdur. Gülayın obrazlarının staylinqini Elnara de Birbuet hazırlayıb.

Sənətçinin obrazı üzərində makiyaj üzrə Günel Ağacanova, saç üzrə isə Günel Məmmədova çalışıb. Layihənin fotosessiyasını Eresmoon həyata keçirib.

“Vur ürəyim” layihəsinin prodüseri Tural Nəbiyevdir.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR