Onlayn ictimai-siyasi qəzet
Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışaraq peşəkarlığı və zəngin təcrübəsi ilə həmkarlarının və rayon ictimaiyyətinin hörmətini qazanıb.
Sahib Rəsulov 1991-ci ildən Göygöl Mərkəzi Rayon Xəstəxanasının Klinik laboratoriya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Onun son iş yeri isə Göygöl rayonunda fəaliyyət göstərən özəl klinikalardan biri olub.
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ