İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır

Tramp administrasiyası Rusiya dizel yanacağının yaxın iki həftə ərzində ABŞ bazarına daxil olacağını gözləyir.

Musavat.com bildirir ki, bu barədə The New York Post mənbələrə istinadən məlumat yayıb. Qəzetin mənbələrindən birinin məlumatına görə, yanacaq "bunun təmin edilməsi üçün lazım olan hər şey edilibsə, növbəti iki həftə ərzində burada (ABŞ-da – red.) olmalıdır". Qəzetin mənbəyinə görə, Rusiya "çox əhəmiyyətli" həcmdə dizel yanacağı göndərməyə razılıq verib.

Beləliklə, "New York Post" qəzetinin məlumatına əsasən, Rusiya dizel yanacağının 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl Amerika bazarına çatacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR