Onlayn ictimai-siyasi qəzet
Amerikalı danışıqçılar Stiven Uitkoff və Cared Kuşner Avropa İttifaqı nümayəndələrinə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etmək üçün bəzi Rusiya aktivlərinin blokdan çıxarılmasını təklif ediblər.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) mənbələrə istinadən yayıb.
Qeyd olunur ki, Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı Böyük Britaniya, Fransa, Almaniya, NATO və Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasını ləğv etməyin bir neçə yolunu təklif ediblər. Həmin vəsaitlərlə Vaşinqtonun nəzarəti altında yeni xüsusi təyinatlı maliyyə alətinin yaradılması təklif olunub. Bu ideya sülh müqaviləsinin hazırlanmasının bir hissəsi kimi müzakirə olunub.
Qəzetin mənbələrinə görə, Avropa nümayəndələri Uitkoff və Kuşnerin planını rədd ediblər. Lakin aktivlərin dondurulmasının aradan qaldırılması və onların xərclənməsi mexanizmləri hələ də müzakirə olunur.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ