İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənsər Allah Səudiyyə qırıcısını vurduğunu iddia edir

Ənsar Allah (Husilər) hərəkatı Yəmənin şimal-qərbindəki Səəda əyaləti üzərində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus Typhoon qırıcı təyyarəsini vurduqlarını iddia edir.

Musavat.com xəbər verir ki, iddianı üsyançıların hərbi sözçüsü Yəhya Səriyə öz Telegram kanalında paylaşıb: "Silahlı qüvvələrimiz Taifdəki bazadan qalxan Səudiyyə Ərəbistanının Typhoon qırıcı təyyarəsini vurub.

Səəda əyalətinin hava məkanında ona yer-hava raketi ilə hücum edilib. Birbaşa zərbə aşkar edilib və təyyarə qəzaya uğraya bilər".

Səudiyyə Ərəbistanı iddia ilə bağlı hər hansı açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR