İnsanlara hürriyət, millətlərə istiqlal!

Safurənin İstanbuldakı evini su basdı - Video

Ötən gündən etibarən İstanbulda müşahidə olunan güclü leysan yağışları şəhərdə ciddi fəsadlara səbəb olub. Şiddətli yağış nəticəsində bir sıra əraziləri su basıb, şəhər sakinləri çətin anlarla üzləşiblər.

Musavat.com xəbər verir ki, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Safurə Əliyeva da İstanbulda yaşanan təbii fəlakətin fəsadlarından zərər çəkib.

İfaçı sosial media hesabında şəhərdəki vəziyyəti əks etdirən görüntülər paylaşıb. O, güclü yağış səbəbindən evini su basdığını bildirib.

Qeyd edək ki, Safurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Üç övladları olan cütlük hazırda İstanbulda yaşayır.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR