İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Voronej hərbi aerodromunu vurdu

Ötən gecə Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk şəhərində partlayışlar, ardınca isə böyük yanğın baş verib.

Musavat.com xəbər verir ki, OSINT kanalları yerli hərbi aerodroma zərbə endirildiyinə dair məlumat yayıblar.

Yerli sakinlərin sözlərinə görə, partlayışlar raket xəbərdarlığı fonunda baş verib. Hadisə yerində böyük yanğın baş verir və nəticələri araşdırılır.

Aerodromda 783-cü Aviasiya Təlim Mərkəzi və 105-ci Qarışıq Aviasiya Diviziyasının bölmələri yerləşir. Diviziyada Rusiyanın Ukraynaya qarşı zərbələr, o cümlədən idarə olunan bombalarla zərbələr endirmək üçün istifadə etdikləri Su-34, Su-35 və Su-30SM qırıcıları uçur.

Ötən yay boyu aerodromda daimi döyüş təyyarələri yerləşdirilməyib. O, dayanacaq məntəqəsi kimi xidmət edirdi: təyyarələr Ukraynaya uçmazdan əvvəl orada yanacaq doldurub yenidən havaya qalxırdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR