İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi oldu

Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında görüşdən sonra iki ölkə arasında bir neçə sənədin müdabiləsi olub.

Musavat.com-un məlumatına görə, dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.

Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Samruk-Kazına" Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə "Samruk-Kazına" SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR