Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Baş naziri Corciya Meloni Avropanın təhlükəsizlik arxitekturası və Rusiyanın xarici siyasət strategiyası ilə bağlı kəskin bəyanatla çıxış edib.
İtaliya hökumətinin rəhbəri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin geosiyasi arenada özünə yeni hədəflər müəyyənləşdirir.
Meloni çıxışında vurğulayıb ki, Kremlin mövcud siyasi xətti və hərbi ritorikası yeni qarşıdurma ocaqlarının axtarışında olduğunu göstərir:
"Putin yeni düşmən axtarır və Avropa həmin düşmən ola bilər." İtaliya Baş naziri Avropa İttifaqı ölkələrini vahid mövqedən çıxış etməyə, müdafiə qabiliyyətini gücləndirməyə və ehtimal olunan təhlükəsizlik risklərinə qarşı hazırlıqlı olmağa çağırıb./yenisabah/
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ