Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktrisa Demet Özdemir İstanbulda yağan güclü leysan yağışının qurbanı olub.
Musavat.com xəbər verir ki, oktyabrın 14-də İstanbulda təsirli olan güclü yağış şəhərdə gündəlik həyata ciddi təsir göstərib. Bir sıra ərazilərdə su basqını təhlükəsi yaranıb, yollarda hərəkət çətinləşib.
Yağışdan zərər çəkənlər arasında aktrisa Demet Özdemir də olub. O, sosial media hesabında paylaşım edərək güclü yağış səbəbindən studiyadan çıxa bilmədiklərini və orada köməksiz qaldıqlarını bildirib. Aktrisanın yardım çağırışı sosial şəbəkələrdə diqqət çəkib.
Könül
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ