İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda DƏHŞƏT: Murat Boz və Demet Özdemir BELƏ XİLAS EDİLDİ - VİDEO

Məşhur türk müğənnisi Murat Boz və aktrisa Demet Özdemir İstanbulun Ayazağa bölgəsində yerləşən "Phoenix" studiyasından qayıqlarla təxliyə olunublar.

Musavat.com xəbər verir ki, hadisəyə şiddətli yağış və ardınca baş verən güclü daşqın səbəb olub.

Türkiyə mediasının yaydığı məlumata görə, binanın ətrafında suyun səviyyəsi təxminən 2 metrə qədər qalxıb, nəticədə studiyada elektrik enerjisi tamamilə kəsilib. Fəlakət anında binada 200-dən çox insan olub və onlar su basmış məkandan öz gücləri ilə çıxa bilməyiblər.

Murat Boz sosial şəbəkə hesabında paylaşım edərək suyun sürətlə qalxdığını bildirib və fövqəladə hallar xidmətlərinə təcili çağırış edib. Aktrisa Demet Özdemir də sosial mediada müraciət yayaraq mövcud təhlükəli vəziyyətdən söz açıb və kömək istəyib.

Hadisə yerinə gələn xilasedicilər sayəsində M.Boz, D.Özdemir və binada köməksiz vəziyyətdə qalan digər şəxslər qayıqlar vasitəsilə təhlükəsiz əraziyə təxliyə ediliblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR