İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı – 2,7 saniyəyə...

Dubay polisi avtomobil parkını dünyanın ən güclü və sürətli superkarlarından biri olan “Lamborghini Temerario” ilə genişləndirib.

Musavat.com xəbər verir ki, yeni hibrid superkar cəmi 2,7 saniyəyə saatda 100 kilometr sürət yığmaq qabiliyyətinə malikdir.

Avtomobil iki turbokompressorlu 4 litrlik V8 mühərriki və üç elektrik mühərriki ilə təchiz olunub. Hibrid güc qurğusunun ümumi gücü 920 at gücünə çatır.

Bildirilib ki, bahalı superkar “Lamborghini Abu Dhabi and Dubai” şirkəti ilə Dubay polisi arasında əməkdaşlıq çərçivəsində xidmətə qəbul edilib.

Dubay polisi dünyanın ən bahalı və sürətli avtomobillərindən ibarət parkı ilə tanınır. Bu avtomobillər əsasən turizm bölgələrində patrul xidməti, ictimaiyyətlə əlaqələr və polis qurumunun beynəlxalq imicinin gücləndirilməsi məqsədilə istifadə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR