İnsanlara hürriyət, millətlərə istiqlal!

Hülusi Kılıçdan təxribatçılara sərt mesaj - VİDEO

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç "Bengü Türk" televiziya kanalının qonağı olub. O, proqram zamanı Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edərək önəmli açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Hülusi Kılıç çıxışında son zamanlar baş verən hadisələrə toxunaraq, hər iki qardaş ölkənin arasını vurmaq istəyən qüvvələrin mövcudluğuna diqqət çəkib.

Hülusi Kılıç Türkiyə və Azərbaycanın bir ailə olduğuna diqqət çəkib. Sabiq səfir iki ölkə arasındakı strateji müttəfiqliyin və qardaşlıq bağlarının hər cür xarici təsirlərdən və təxribatlardan uca olduğunu vurğulayıb. O qeyd edib ki, Ankara ilə Bakı arasında mövcud olan sarsılmaz birlik həm bölgədə sülhün, həm də hər iki dövlətin təhlükəsizliyinin əsas təminatıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR