İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-ın yeni İdarə Heyəti ilk dəfə toplanır – yeni qərarlar gözlənilir

Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclasının oktyabrın 16-da keçiriləcəyi planlaşdırılıb.

Musavat.com xəbər verir ki, iiclasda partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müzakirəsi, eləcə də təşkilati məsələlərlə bağlı qərarların qəbulu gözlənilir.

Məlumata görə, oktyabrın 16-da keçiriləcək iclasda partiyanın gələcək fəaliyyət prioritetləri ilə yanaşı, ideoloji işin təşkili məsələsinin də müzakirə olunacağı gözlənilir. Bu çərçivədə YAP-ın strukturunda ideoloji iş üzrə yeni şöbənin yaradılması ilə bağlı qərarın qəbul edilə biləcəyi bildirilir.

İclasda partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi, ideoloji istiqamətdə işin gücləndirilməsi və digər məsələlərlə bağlı yeni qərarların qəbul edilməsi də istisna olunmur.

Yeni İdarə Heyətinin ilk toplantısında hansı qərarların veriləcəyi və mümkün struktur dəyişikliklərinin partiyanın gələcək fəaliyyətinə necə təsir göstərəcəyi maraq doğurur. İclasın nəticələri YAP-ın qarşıdakı dövr üçün müəyyənləşdirəcəyi prioritetlər barədə əlavə təsəvvür yaradacaq.

Qeyd edək ki, oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında partiyanın İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

Yeni tərkibə İlham Əliyev, Mehriban Əliyeva, Tahir Budaqov, Əli Əhmədov, Arif Rəhimzadə, Elnarə Akimova, Bayram Aslanov, Azər Badamov, Tofiq Cahangirov, Kamal Cəfərov, Samir Cəfərov, Rauf Əliyev, Asif Əsgərli, Vazeh Əsgərov, Ziyafət Əsgərov, Eldar Əzizov, Ülviyyə Həmzəyeva, Ramiz Hüseynov, Hicran Hüseynova, Eldar İbrahimov, Fuad İbrahimov, Anar İsgəndərov, Amin İsmayılov, İmamverdi İsmayılov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Elmar Qasımov, Musa Quliyev, Mübariz Qurbanlı, Rəşad Mahmudov, Hikmət Məmmədov, İlham Məmmədov, Tahir Mirkişili, Ədalət Muradov, Bahar Muradova, Alqış Musayev, Elnur Sadıqov, Aynur Sofiyeva, Əfsun Sucayev və Mixael Zabelin daxildir.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR