Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış aktrisası Rabia Soytürk bu dəfə xoşagəlməz hadisə ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, aktrisanın bir neçə gün əvvəl itin hücumuna məruz qaldığı və üz nahiyəsindən xəsarət aldığı məlum olub.
Aktrisanın xəsarətinin nə dərəcədə ciddi olduğu və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı isə əlavə məlumat verilməyib.
Rabia Soytürkün şəxsi həyatı da son dövrlərdə Türkiyə mətbuatının diqqətində olub. Uzun müddət Samet Vuruşanla münasibətdə olan aktrisa sevgilisindən evlilik təklifi almışdı. Soytürk təklifi qəbul etdikdən sonra cütlüyün evlilik hazırlığına başladığı barədə xəbərlər yayılmışdı. Lakin onların münasibətində gözlənilməz dəyişiklik baş verib. Evlilik planları həyata keçmədən cütlüyün ayrıldığı bildirilib.
Könül
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ