Onlayn ictimai-siyasi qəzet
Beyləqan rayonunda məktəblilərin zəhərlənməsi faktı qeydə alınıb. Şagirdlərin dərs zamanı özlərinin hazırladıqları qidanı qəbul etdikdən sonra halı pisləşib.
Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisə Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində baş verib. AQTA faktı dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
İlkin araşdırmaya əsasən, şagirdlər "Texnologiya" dərsi zamanı özlərinin hazırladıqları qidanı istehlak etdikdən sonra zəhərləniblər. Hazırda onlara müvafiq tibb müəssisəsində tibbi yardım göstərilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ