İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-də yeni təyinatlar - Anar Bayramov əmr imzaladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub.

Bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Belə ki, Sənan Heydərli TƏBİB-də Layihələrin idarə edilməsi şöbəsinin müdiri, Lətif Lətifli isə Rəqəmsal kommunikasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, S.Heydərli bundan əvvəl Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Strateji planlaşdırma, innovasiya və layihələrin idarə edilməsi şöbəsinin müdiri, daha əvvəl isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Layihələrin idarə edilməsi şöbəsinin müdiri və baş məsləhətçi vəzifələrində çalışıb.

Sənan Heydərli


Sənan Heydərli

L.Lətifli isə bundan əvvəl özəl şirkətlərdə Əməliyyatlar, marketinq və satış üzrə direktor vəzifəsində, rəqəmsal marketinq mütəxəssisi vəzifəsində işləyib./Yurd.Media/

Lətif Lətifli


Lətif Lətifli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR