Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Zəngəzur dəhlizi layihəsinə dair sazişin oktyabr ayı ərzində ratifikasiya üçün ölkə parlamentinə təqdim edilməsi planlaşdırılır.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan açıqlayıb.
Nazir müavini bildirib ki, sənədin parlamentə təqdim olunmasının dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
“Dəqiq müddət deyə bilmərəm. Düşünürəm ki, təxminən oktyabr ayı ərzində və ya ayın sonunadək təqdim olunması planlaşdırılır”, – deyə Abisoqomonyan vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ