Onlayn ictimai-siyasi qəzet
İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.
Onun sözlərinə görə, Ankara ilə PKK arasındakı sülh prosesi uğurla yekunlaşarsa, Türkiyə lideri bu nüfuzlu mükafatı almağa tam haqlıdır.
Musavat.com xəbər verir ki, bu barədə Bərzani mətbuata açıqlamasında bildirib.
O vurğulayıb ki, kürd probleminin tam və dinc yolla tənzimlənməsi Türkiyənin regiondakı geostrateji mövqelərini kəskin şəkildə gücləndirəcək.
Bərzaninin fikrincə, bu tarixi addım Ankaranın Yaxın Şərq regionunda öz “təbii liderlik rolunu” bərpa etməsinə və effektiv həyata keçirməsinə imkan verəcək.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ