İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərinin verdiyi vəsatəti rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Aram Orbelyan məlumat verib.

"Məhkəmənin qərarı daha əvvəlki analoji vəsatətlərdə olduğu kimi, eyni əsaslarla çıxarıldı. Şikayətimizə obyektiv və əsaslı baxılmadan, sadəcə formal əsaslandırmalar təqdim olunur", - deyə o bildirib.

Robert Köçəryan avqustun 25-də xidməti mövqeyindən sui-istifadə edərək böyük məbləğdə əmlakı dəyərindən ucuz qiymətə qanunsuz mənimsəmə ittihamı ilə saxlanılıb.

Avqustun 27-də isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda keçmiş prezidentin oğlu da həbsdədir. Cinayət işi çərçivəsində Köçəryanlar ailəsinə məxsus 35 əmlak obyektinin adı keçir, ailəyə aid bir neçə şirkətin fəaliyyəti isə dondurularaq möhürlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR