İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Aşurov VƏZİFƏYƏ təyin olundu

Oktyabrın 13-də Bakıda yerləşən "Safran" hotelində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvlərinin ümumi yığıncağı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə təşkilatın üzvləri, səhiyyə və turizm ekspertləri, tibb müəssisələrinin rəhbərləri, həkimlər və media nümayəndələri iştirak edib.

Toplantıda əvvəlcə bu ilin iyun ayında vəfat etmiş AHTTSA-nın təsisçisi və keçmiş sədri Ruslan Quliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının bu ilin 8 avqustunda keçirilən ümumi yığıncağında yeni sədr, sədr müavini və İdarə Heyətinin üzvləri ilə bağlı səsvermənin nəticələri açıqlanıb.

Bildirilib ki, qəbul edilmiş qərara əsasən, Ceyhun Aşurov AHTTSA-nın sədri, Aydın Məhərrəmov sədr müavini, Azad Əhmədov, Anar Həsənov, Emil Həsənov və Seymur İsmayıllı İdarə Heyətinin üzvləri seçiliblər.

O da diqqətə çatdırılıb ki, yeni rəhbərliyin seçilməsi AHTTSA-nın təşkilati işlərinin davam etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, təşkilat Ruslan Quliyev tərəfindən ənənəvi olaraq müəyyənləşdirilən Azərbaycanda sağlamlıq və termal turizmin inkişafına, bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və ölkənin sağlamlıq turizmi potensialının təşviqinə yönəlmiş fəaliyyətini davam etdirəcək. Bu sahədə bütün dövlət və özəl qurumlar birgə layihələr hazırlamalı, əməkdaşlıq etməlidir. Xüsusilə özəl sektorun fəaliyyəti daha geniş olmalıdır.

Sonda tədbir iştirakçıları AHTTSA-nın yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR