İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza baş verdi: Ölən və yaralılar var

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, oğlu, 2016-cı il təvəllüdlü Əli Şükür oğlu Ələkbərov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./oxu.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR