İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyadan Uzaq Şərqdə YENİ RAKET GƏRGİNLİYİ: Bir ayda 4-cü sınaq keçirildi

Şimali Koreya (KXDR) şərq sahili istiqamətində dənizə doğru növbəti dəfə bir neçə balistik raket buraxıb.

Musavat.com xəbər verir ki, bu, Pxenyanın son bir ay ərzində həyata keçirdiyi 4-cü raket sınağı olaraq qeydə alınıb. Hərbi ekspertlər bu addımın Seulun bu günlərdə uğurla reallaşdırdığı hipersəs raketi sınağına cavab reaksiyası olduğunu bildirirlər.Cənubi Koreya Qərargah Rəisləri Birliyinin verdiyi rəsmi məlumata əsasən, müxtəlif tipli raketlər yerli vaxtla səhər saat 09:20 radələrində Pxenyan ərazisindən buraxılıb.

Atılan raketlərdən ən azı birinin 900 kilometrdən çox məsafə qət edərək Yapon dənizi sularına düşdüyü təsbit edilib.   

Baş verən insidentlə əlaqədar Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası təcili iclas keçirərək Pxenyanın raket sınaqlarını kəskin pisləyib. Seul rəhbərliyi bu addımların BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə kobud şəkildə pozduğunu bəyan edib və Şimali Koreyanı təxribatçı hərəkətləri dərhal dayandırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR