İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dövlət olaraq yox olmağa doğru gedir–REAKSİYA

ABŞ-ın İranın müharibəni dayandırmaq və Hörmüz boğazını açmaq üçün yeddi şərtinə verdiyi cavab Tehranı qane etmir.

Bu iddia ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi çıxış edib.

O, özünə məxsus X hesabında bu barədə paylaşım edib: "ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, lakin biz onların cavabını qeyri-kafi hesab edirik. İran diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıtmaq mümkün olmayacaq".

Rezayi həmçinin xəbərdarlıq edib ki, İrana qarşı daha bir hücum ABŞ-ın regionda yerləşən və dəyəri 2 trilyon dollardan çox olan texnoloji infrastrukturuna zərər verə bilər: "Biz hələlik bu aktivləri hədəf siyahımıza daxil etməmişik. Lakin müharibə başlayarsa, bu kabellərin, məlumat mərkəzlərinin, süni intellekt qurğularının və bir çox digər aktivlərin çoxu məhv ediləcək".

Artıq Tramp İranın 7 bəndlik təklifini rədd etdiyini açıqlayıb.

Azər Həsrət: Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma  ölkəmizdəki dayanıqlı sabitliyi pozmağa çalışır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a açıqlamasında deyib ki, iranlı general Rezayinin o cür böyük danışmasına fikir verməyə dəyməz:
 “ABŞ-nin bölgədəki 2 trilyon dollarlıq texnoloji resurslarını məhv etmək üçün İranın əlində imkanlar yoxdur. İkincisi, elə həmin texnoloji resursların böyük hissəsi zərbələrdən qorunmaq üçündür. Donald Tramp srağagün sosial şəbəkədə paylaşım edərək Hörmüz boğazından milyonlarla ton barel neftin keçdiyini bəyan etdi və vurğuladı ki, bu qədər neft keçir, onların arasında 1 barrel də İran nefti yoxdur. Nəticə etibarilə İran iqtisadi cəhətdən çöküşdədir. Üstəlik də ABŞ prezidenti həmin paylaşımın son cümləsində vurğulamışdı ki, İranın nüvə silahı olmayacaq. Məsələ bu qədər aydındır. Yəni bugünkü vəziyyətində İran ABŞ-yə şərt diktə edəcək durumda deyil. İranın tək çıxış yolu var. O da Amerikanın şərtlərini haradasa yumşalda bilməsi ümidi ilə hərəkət etməkdir. Yəni ABŞ-ın nə iqtisadiyyatı, nə siyasəti İrandan asılı deyil. Amerika öz işindədir. Gəlib okeanın o tayından İranın başına bombaları töküb liderlərini öldürüb ölkənin altını üstünə çevirib, iqtisadiyyatını məhv edib və faktiki olaraq İranı iflic vəziyyətinə salıb. Bu vəziyyətdən İranın çıxması üçün tək şərt ABŞ ilə razılaşmaqdır”.

Siyasi ekspert qeyd edib ki, Möhsün Rezayi kimi danışan generalların çoxu artıq torpağın altındadır: “Hələ ki, torpağın altın düşməyənləri isə bir qədər ağıl işlətsələr İranı hansısa məhəllədə İranı xilas edə biləcəklər. Əks təqdirdə İran bir dövlət olaraq yox olmağa doğru gedir”.  

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR