İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna 2500 km dərinliyə ZƏRBƏ ENDİRDİ: Zavodlar darmadağın edildi - VİDEO

Ukrayna Rusiyanın ən iri və strateji neft emalı zavodlarına qarşı dron hücumları həyata keçirib.

Rusiya ərazisinin dərinliklərində yerləşən Omskdakı nəhəng NEZ, eləcə də Ukrayna sərhədindən 1,9 min kilometr uzaqlıqdakı Uxta neft emalı zavodu hədəfə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" sosial şəbəkəsindəki rəsmi hesabında bəyan edib.

Hücumlar zamanı yeni nəsil uzunmənzilli PUA-lardan istifadə olunub. Zelenski vurğulayıb ki, düşmən arxasında kritik zərbələr endirmək üçün xüsusi texniki göstəricilərə malik PUA-lar dövriyyəyə buraxılıb.

"Uxtadakı strateji hədəf təxminən 2,5 min kilometr məsafəni asanlıqla qət etmək qabiliyyətinə malik "An-196 RS" dronları ilə vurulub. Ötən gün Omsk NEZ-inə qarşı təşkil edilən zərbələrdə isə "FP-1" modelinin daha da təkmilləşdirilmiş və gücləndirilmiş versiyası olan "FP-6" dronlarından istifadə olunub", - deyə Ukrayna dövlət başçısı bəyan edib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR