İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zorla dövlətdən heç bir şey ala bilməyəcəklər" - Allahşükür Paşazadə

Son dövrlər cəmiyyətdə azyaşlı uşaqların tədrisdən yayındırılması, məktəblərə qarşı müxtəlif çağırışların edilməsi və qanunsuz tələblərin irəli sürülməsi ciddi narazılıq doğurub.

Məsələ ilə bağlı Real Tv-yə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu cür halların qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, QMİ sədri məktəblərdə ixtişaş salmağın və uşaqların dərslərdən yayındırılmasının böyük günah olduğunu vurğulayıb:

"Bu əlbəttə vardır, bunların məqsədi heç də müsəlmançılıq ya müsəlman olmaq deyil. Bu yönləri və bunların bizə yol göstərməsi, bizim müsəlmanlara yol göstərməsi: 'Sən bu cür eləməlisən, bu cür tələb eləməlisən.' Bu tələbin özü düzgün tələb qoyulmur. Yəni bəzi tələblər, elə tələblər var ki, məsələn, insan və ya dövlətdən bəzi tələbləri eləyir, o tələb daha çox qarşıdurma gətirir. Amma bu tələblərin də forması var, bir ağsaqqal kimi tələblər ola bilər, müraciətlər ola bilər.

Amma ixtişaş salmaq və məktəblərdəki çağırış eləmək, insanların məktəbə getməsin, oxumağa getməsin, balaca uşaqlar oxumasınlar, bu tədrisdən bunları saxlamaq bu çox böyük günah məsələdir və bu olmaz."

Hacı Allahşükür Paşazadə məsələnin həlli yollarına toxunaraq qeyd edib ki, gələcəkdə Təhsil Nazirliyi və məktəblərin pedaqoji kollektivi valideynlərlə birlikdə bir araya gələrək hər hansı məsələni müzakirə edə və dövlətə sülh yolu ilə müraciət ünvanlaya bilərlər:

"Mən inanıram ki, inşallah gələcəkdə bu məsələdə Təhsil Nazirliyi və məktəblərin özündə pedaqoji cəmiyyət orda var, həm valideynlərlə birlikdə bu insanlar yığışıb bir fikirlə gələ bilərlər. Və bu şəkildə öz fikirlərini dövlətə çatdıra bilərlər ki, biz bunu istəyirik. Yəni sülh yolu ilə bu məsələni həll eləmək imkanı var. Amma zorla dövlətdən heç bir şey ala bilməyəcəklər. O adamlar ancaq məğlubiyyətə məruz durlar. Və onlar heç vaxt bunu eləyə bilməzlər. İslahla, ancaq sülh yolu ilə haqqına varsa onu bərpa eləmək imkanları mən gələcəkdə bunu görürəm. Və buna da inam..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR