Onlayn ictimai-siyasi qəzet
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qoşanağara ifaçısı İlham Razinin ailəsinə dəstək olmaq üçün Azərbaycan musiqiçilərinə çağırış edib.
Musavat.com bildirir ki, Hüseyn Məhəmmədoğlu ifaçının külli miqdarda borcu olduğu üçün canına qəsd etdiyini deyib. Onun sözlərinə görə, borclar qaytarılmasa, banklar ifaçının ailəsini yaşadığı evdən çıxara bilər:
"Uşaqları, körpə uşağı var. Ona görə də bütün Azərbaycan musiqiçiləri bir olmalıyıq və bu məsələni birlikdə həll etməliyik. Mən bütün bölgələrdəki musiqiçiləri – Gəncədə, Şəmkirdə, Lənkəranda və Azərbaycanın hər yerində olan bütün musiqiçiləri oktyabrın 26-da, saat 14:00-da Kürdəxanıda yerləşən Kürdəxanı şadlıq evinə dəvət edirəm.
Orada xeyriyyə tədbiri keçiriləcək. Biz hamımız pul toplayıb onun ailəsinə göndərməliyik ki, ailəsini bu bəladan qurtaraq.
Hesab edin ki, özümə ad günü keçirirəm və sizi qonaq çağırıram”.
Xalidə,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ