İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilir

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransı keçirilir. Konfrans çərçivəsində ittifaqın yeni sədrinin seçilməsi gözlənilir.

Musavat.com xəbər verir ki, sədr postuna iki şəxsin namizədliyi irəli sürülüb.

Bunlar Xalq artisti, aktrisa Şəfiqə Məmmədova və Xalq artisti, tanınmış aktrisa Həmidə Məmməd qızı Ömərovadır.

İclas zamanı namizədlərin təqdimatı və müzakirələrin aparılacağı, daha sonra isə səsvermənin keçiriləcəyi gözlənilir.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR