İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - VİDEO

Əməliyyat keçirən müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sənətçi arıqlamış görüntülərini paylaşan sosial şəbəkə səhifələrinə müraciət edərək fotolarının bu formada yayımlanmamasını istəyib. O, hazırda özünü yaxşı hiss etdiyini və səhhətində narahatlıq olmadığını vurğulayıb.

"Məni belə yayımlamayın. Səhhətim yaxşıdır, özümü çox yaxşı hiss edirəm. Hələ bundan sonra iki əsr də belə yaşayacağam. Hər şey yaxşıdır, gördüyünüz vəziyyətdəyəm. Sadəcə demək istəyirəm ki, meşə çaqqalsız olmaz", - deyə Tacir Şahmalıoğlu bildirib./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR