İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofeliya Sənanidən xəbər var

Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətində müsbət irəliləyiş var. Əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşır, həkimlər diktoru tədricən ayağa qaldıraraq hərəkət etdirməyə başlayıblar.

Bu barədə tanınmış diktor Şərqiyyə Hüseynova həmkarının səhhəti ilə bağlı Musavat.com-a danışarkən məlumat verib.

O bildirib ki, Ofeliya Sənaninin saturasiyası normaldır və sağalma prosesi davam edir:

“Ofeliya xanım yaxşıdır. Çox şükür, yavaş-yavaş qaldırırlar, oturdurlar. Saturasiyası da yaxşıdır, hər şey sağalmaya doğru gedir.  Həkimlərə təşəkkürümü bildirirəm. Onu əməliyyat edən ortoped-cərrah və bütün kollektiv həm çox peşəkar, həm də səmimi insanlardır. Onlara çox-çox təşəkkür edirəm”.

Əməliyyatın uzun sürdüyünü deyən diktor həmkarının səhhətinin bərpasının mərhələli şəkildə davam etdiyini bildirib.

Qeyd edək ki, Ofeliya Sənani bir neçə gün əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR