İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş dövlət arasında avtomobil daşımaları sahəsində yeni qaydalar

Deputat Zaur Şükürov Milli Məclisin plenar iclasında parlamentin müzakirəsinə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” barədə çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, Qanunla təsdiq edilməsi nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində bu ilin 31 iyul tarixində Çolpon-Ata şəhərində imzalanıb:

“Preambula və 24 maddədən ibarət olan bu saziş tərəf dövlətlərin sərnişin və yük daşımaları istiqamətində münasibətlərinin tənzimlənməsinə xidmət etməklə, avtomobil əlaqələrini və tərəf ölkələrin əraziləri üzrə tranzit daşımalarını daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır. Saziş hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin avtomobil daşımaları qaydalarını müəyyən edir”.

382285be-843b-3dc5-b235-d7ec4fe3c725_1200.jpg (175 KB)

Zaur Şükürov daha sonra deyib:

“Sazişin tətbiq sahəsi, sərnişin və yük daşımaları, o cümlədən müntəzəm və qeyri-müntəzəm daşımalar, icazə tələb edilməyən daşımalar, təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması, tələb olunan sənədlər, rüsumlar, hesablaşmalar, ödənişlər, sığorta, tərəflərin milli qanunvericiliyinin tətbiqi, ilkin buraxılış və nəzarət üçün yük növləri, gömrük rüsumundan azad olunan daşımalar, pozuntular və tədbirlər, qarşıq komissiyaların təsis edilməsi, fikir ayrılıqların həlli, beynəlxalq öhdəliklər, qüvvəyəminmə, müddət və ləğvetməyə dair məsələlər müvafiq müddəalarda qeyd olunub. Sazişə əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək. Həmçinin bu Sazişin müddəaları tərəflərdən birinin milli təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.

İnanırıq ki, bu sazişin qüvvəyə minməsi orta dəhliz üzərində yerləşən iki qardaş dövlət arasında avtomobil daşımaları sahəsində əlaqələrin genişlənməsində mühüm rol oynamaqla yanaşı, hazırda nəinki regional, həmçinin qlobal əhəmiyyəti artmaqda olan Orta dəhliz üzrə daşımaların həcminin artmasına da müsbət təsir göstərəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR