İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Bakıya duman çökəcək – Səhər yola çıxanların diqqətinə!

Bakıda sabah səhər və axşam saatlarında arabir duman olacaq. Gecə saatlarında isə bəzi ərazilərdə qısamüddətli az çiskin gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 17-21, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 15-20 dərəcə isti gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR