İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Anlaşma Memorandumunu təsdiqlədi

Milli Məclisin iclasında Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumunun təsdiqlənməsi haqqında qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.

Musavat.com bildirir ki, layihə barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Bildirilib ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və sentyabrın 2-də Bakıda imzalanıb. Sənəd tədbirlərin təşkili və ev sahibliyi ilə bağlı Azərbaycan hökuməti ilə katiblik arasında əməkdaşlığın şərtlərini müəyyənləşdirir.

Memorandumda İqlim Həftəsi-4 üçün 2026-cı il sentyabrın 7–11-i, Adaptasiya Komitəsinin 30-cu iclası üçün isə sentyabrın 14–17-si tarixləri nəzərdə tutulub. Hər iki tədbirin keçirilmə yeri Bakı şəhəri göstərilib. Sənədə əsasən, Azərbaycan hökumətinin öhdəliklərinə tədbirlər üçün məkan, avadanlıq, rabitə və internet xidmətlərinin, dəstək heyətinin və təhlükəsizlik tədbirlərinin təmin edilməsi daxildir.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri tərəfindən plenar iclasın müzakirəsinə tövsiyə olunub.

Layihə səsə qoyularaq qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR