İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizdə DƏHŞƏT: Rusiya gəmiləri VURDU - 8 azərbaycanlı XƏSARƏT ALDI

Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) iki ticarət gəmisinə hücum edib. Zərbələr nəticəsində “Azov Concord” gəmisi Krapets kəndindən 27 kilometr aralıda batıb, “Chelsea 3” gəmisi isə Varna limanına çatmağı bacarıb.

Musavat.com xəbər verir ki, bu barədə BNT kanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 13-nə keçən gecə “Chelsea 3” gəmisindən 15 dənizçi - 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı təxliyə edilib. Onların yüngül xəsarətlər aldığı bildirilir.

Sent-Kits və Nevis bayrağı altında üzən və Qara dənizdə batan “Azov Concord” gəmisindən isə hələlik heyətin yalnız bir üzvünü xilas etmək mümkün olub. “Vesti” nəşrinin verdiyi xəbərə görə, ərazidə xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.

Hadisə ilə bağlı Bolqarıstanın Baş naziri Rumen Radev Rusiyanın ölkədəki səfiri Eleonora Mitrofanovanın Xarici İşlər Nazirliyinə çağırılacağını bəyan edib. Eyni zamanda Sofiyanın məsələ ilə bağlı NATO-nun Baş katibi Mark Rütte ilə təcili məsləhətləşmələr aparacağı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR