Onlayn ictimai-siyasi qəzet
Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis Türkiyə ilə gərginliyin artdığını bildirərək Afinanın bütün ssenarilərə hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Gerapetritis Yunanıstanın suverenlik və adaların silahsızlaşdırılması məsələlərini Türkiyə ilə müzakirə etməyəcəyini vurğulayıb.
Nazir Afinanın lazım gəldiyi halda meydanda da cavab verməyə hazır olduğunu bildirib.
Gerapetritis Yunanıstanın Türkiyə ilə bağlı vəziyyət barədə Avropa İttifaqını məlumatlandırdığını deyib. O, adalardakı hərbi imkanların gücləndirilməsinə də toxunub:
“Adalarımızı gücləndirən qüvvə strukturu yaratmaqdan qorxmadıq. Türkiyə ilə suverenlik və adaların silahsızlaşdırılması məsələlərini müzakirə etmirik”.
Yunanıstan XİN rəhbəri ölkəsinin ərazi sularını 12 dəniz milinə qədər genişləndirmək hüququndan uyğun hesab etdiyi zamanda və uyğun hesab etdiyi şəkildə istifadə edəcəyini də bəyan edib.
Gerapetritis İsraillə əməkdaşlığa toxunaraq digər ölkələrin reaksiyasına görə Afinanın bu əməkdaşlığı məhdudlaşdırmayacağını bildirib.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ