İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkinin dediyi Azərbaycanda mümkündürmü? – REAKSİYA

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin ötən həftə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən iclasında Avropa İttifaqını keçmiş SSRİ məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib. Narişkinin sözlərinə görə, Avropa elitaları postsovet məkanında siyasi sabitliyə təsir göstərməyə çalışırlar.

“Avropada vermaxt ruhunu dirçəltmək cəhdləri ilə eyni vaxtda Avropa elitaları MDB ölkələrində sabitliyin pozulması istiqamətində ciddi səylər göstərirlər”, - deyə o bildirib. Azərbaycanın da MDB üzvü olduğunu nəzərə alsaq, Avropa İttifaqının və Avropa fondlarının Narışkinin dediyi kimi ölkəmizdə iğtişaşlar, qarşıdurmalar yaratmaq imkanları varmı?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Azərbaycan MDB ölkələri, xüsusən də Cənubi Qafqaz ölkələri arasında xaricdən idarə olunan kütləvi etiraz üçün ən az münbit mühitə malik ölkədir:

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

“Bunun bir neçə səbəbi var. Siyasi hakimiyyətin institusional və inzibati nəzarəti kifayət qədərdir.

Müxalifətin təşkilatlanma imkanları zəifdir və sosial dayaqları da həmçinin. Xaricdən maliyyələşən QHT-lərin fəaliyyəti qanunla ciddi şəkildə tənzimlənir. 2020-ci il 44 günlük müharibədə qələbədən və xüsusilə 2023-cü ilin sentyabrında anti-terror əməliyyatından sonra Qarabağ məsələsinin tam olaraq həlli hakimiyyətin cəmiyyət daxilində nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan-Ermənistan sülh prosesi, Böyük Qayıdış, regional nəqliyyat layihələri və digər məsələlər cəmiyyətin diqqətini siyasi qarşıdurmadan daha çox dövlətçilik və təhlükəsizlik mövzularına yönəldir.

Bununla belə, bu, heç bir sosial narazılıq potensialının olmadığı anlamına gəlmir. İnsan haqları və siyasi azadlıqlar məsələsi xarici təşkilatların Azərbaycandakı fəaliyyətinin əsas mövzularından biridir, onlar Azərbaycana bu istiqamətdən təsir göstərməyə çalışırlar”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR