İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni milyarder Rusiyadakı lift imperiyasını dövlətə satdı

Erməni əsilli rusiyalı biznesmen Armen Sarkisyanın S8 Capital holdinqi lift biznesindəki iri aktivlərini satıb.

Musavat.com xəbər verir ki, S8 Capital dövlət şirkəti “Dom.RF”ə Meteor Lift zavodunu və “Lift Connect” ASC-ni satıb.

“Dom.RF” artıq Yeni Moskvada yerləşən Şerbinka Liftqayırma Zavoduna da sahibdir.

Meteor Lift Amerikanın Otis şirkətinin Rusiyadakı istehsal bazası əsasında yaradılıb. Müəssisə 2022-ci ilin yayında S8 Capital-ın nəzarətinə keçib.

Qrupun satılan aktivlərinin ümumi dəyəri daha əvvəl 3,5–4,5 milyard rubl həcmində qiymətləndirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR