İnsanlara hürriyət, millətlərə istiqlal!

Fenomenin geyimlərini satması tənqid edildi

“Nadjiba” adı ilə məşhurlaşan bloger Nəcibə Əhmədinin geyimlərini satışa çıxarması birmənalı qarşılanmayıb. 

Musavat.com xəbər verir ki, blogerin bu addımı sosial şəbəkələrdə müzakirə olunub və tənqid edilib.

Nəcibə ona ünvanlanan iradlara cavab olaraq ikinci əl geyimlərin satışının faydalarından yazıb:

“İkinci əl geyimlə bağlı nəsə paylaşanda həmişə çox qəribə reaksiyalar alıram. Amma hər il milyonlarla ton geyim tullantıya çevrilir. Halbuki istifadə etmədiyimiz bir geyim başqası üçün yeni ola bilər. İkinci əl alıb-satmaq geyimlərin ömrünü uzadır, tullantını və yeni istehsala olan ehtiyacı azaldır. Yəni bir geyimə ikinci həyat vermək, əslində, planetimiz üçün atdığımız kiçik, amma dəyərli bir addımdır. Geyimlərimin bir hissəsini rayona göndərirəm, bir hissəsini də satıram. Bu artıq normallaşmalıdır”.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR