Onlayn ictimai-siyasi qəzet
Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ciddi suallar yaradıb. İlkin məlumata görə, kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən yerə düşərək həyatını itirib. Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən Musavat.com-un hadisə ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Afaq Mirayiq,
Musavat com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ