Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətində bir-birinə bitişik tikilən, ayrıca girişi olan həyət evlərinə maraq sürətlə artır.
Musavat.com xəbər verir ki, 2026-cı ilin ilk yarısında belə evlərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz yüksəlib. Altı ayda təxminən 120 belə ev satılıb. Ötən ilin eyni dövründə bu rəqəm 80 idi.

İyunun sonunda 31 layihədə 560 belə ev satışda olub. Təklif bir ildə 19 faiz azalıb.
Qiymətlər isə sürətlə yüksəlib. İlkin bazarda bir evin orta qiyməti 22 faiz artaraq 37,8 milyon rubla (747 155 manat), bir kvadratmetrin qiyməti isə 29 faiz yüksələrək 191,7 min rubla (3 789 manat) çatıb.
Təkrar bazarda bir evin orta qiyməti 19,56 milyon rubl (386 623 manat), bir kvadratmetrin qiyməti isə 115,8 min rubl (2 289 manat) olub.
Müqayisə üçün, SSRİ dövründə Moskvada indiki formada belə bitişik həyət evləri geniş yayılmamışdı. 1970-ci illərdə şəhərdə 50–54 kvadratmetrlik standart ikiotaqlı kooperativ mənzil orta hesabla 7 500 sovet rubluna (həmin dövrdə təxminən 50 aylıq orta əməkhaqqı) başa gəlirdi.
İndi isə Moskva ətrafında bitişik həyət evlərinə maraq ümumi şəhərətrafı daşınmaz əmlak bazarından daha sürətlə artır.
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ