Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Saildrone" tipli, 5838 göyərtə nömrəli dəniz pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, İran tərəfinin verdiyi məlumata görə, ABŞ qüvvələri son günlər İran hərbçiləri ilə birbaşa toqquşmadan çəkinərək boğaz istiqamətinə insansız dəniz aparatları yönəltməyə başlayıb.
SEPAH həmçinin Hörmüz boğazının tam olaraq İranın nəzarəti altında olduğunu vurğulayıb.
Bəyanatda qeyd olunur ki, regionda hər hansı "düşmən mövcudluğu" birbaşa hədəf kimi qiymətləndiriləcək və qətiyyətlə vurulacaq.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ