Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində bu gecə keçiriləcək "Mançester Yunayted" - "Sabah" matçı öncəsi Mançester şəhərində böyük həyəcan yaşanır.
Tarixi qarşılaşmada təmsilçimiz "Sabah"ı dəstəkləmək üçün Mançesterə axın edən azarkeşlərimiz "Old Trafford" stasionunun ətrafında və şəhər mərkəzində bir araya gələrək komandamıza iddialı dəstək nümayiş etdiriblər. Matçdan öncə təəssüratlarını və gözləntilərini bölüşən fanatlar "Sabah"ın İngiltərə nəhənginə qarşı alacağı nəticə ilə bağlı iddialı proqnozlar səsləndiriblər.
Musavat.com AZƏRTAC-a istinadən Mançesterə toplaşan "Sabah" fanatlarının matç öncəsi coşğusu, səsləndirdikləri şüarlar və qarşılaşma haqqında verdikləri iddialı proqnozların yer aldığı video-reportajı təqdim edir:
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Mançester Yunayted": Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ