İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp neftin 100 dolları keçməsini belə izah etdi - VİDEO

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin yenidən 100 dolları keçməsinə münasibət bildirib və bahalaşmanın səbəbləri ilə bağlı diqqəti İrandakı vəziyyətə yönəldib.

Musavat.com xəbər verir ki, jurnalist Trampdan neft və qazın qiymətlərinin aşağı düşəcəyini bir neçə həftədir söylədiyini, lakin hazırda neftin qiymətinin yenidən 100 dolları keçdiyini xatırladaraq bunu Amerika xalqına necə izah edəcəyini soruşub.

Tramp isə cavabında İranın ağır vəziyyətdə olduğunu bildirib.

“İranın vəziyyəti çox ağırdır. Hazırda onların ölkəsi son dərəcə qeyri-sabit vəziyyətdədir. İnflyasiya səviyyəsi 300 faizdir. Valyutalarının heç bir dəyəri yoxdur. Hərbçilərinə maaş verə bilmirlər”, – deyə Tramp bildirib.

Qeyd edək ki, neft qiymətləri ABŞ-İran qarşıdurmasının və Yaxın Şərqdəki gərginliyin artması fonunda yenidən 100 dollar həddini keçib.

“Brent” markalı neftin qiyməti sentyabrın 9-da 101 dollardan yuxarı qalxıb. Reuters-in məlumatına görə, bölgədəki hərbi qarşıdurma və enerji təchizatında yaranan fasilələr bazarda ciddi narahatlıq yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR